BAKI, 1 fevral — Sputnik. Moldova prezidenti İqor Dodon Moskvadan ölkəsinə qayıda bilmir. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Kişinyov hava limanı hava şəraiti ilə bağlı təyyarələri qəbul etmir.
Məlumata əssən, İqor Dodon bu gün günorta saatlarında Moskvaya üçgünlük səfərinin yekunlarına dair mətbuat konfransı keçirmək istəyib. Lakin mətbuat konfransı da hava şəraiti ilə əlaqədar təxirə düşüb.
Hava limanından bildirilib ki, artıq üçüncü gündür güclü dumanla bağlı Kişinyov hava limanına eniş edilmir. Dumanın bu gün ərzində çəkiləcəyi bildirilir.