Paşinyanın iqamətgahından oğurluq etdilər

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, hadisə 25-30 yanvar tarixlərində baş verib
Sputnik

BAKI, 1 fevral — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyanın iqamətgahından oğurluq olub. Sputnik Ermənistan xəbər verir ki, naməlum şəxslər iqamətgahın üçüncü mərtəbəsində yerləşən foyedən 4 xatirə medalı oğurlayıblar.

Ermənistan hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, oğurluq 25-30 yanvar tarixlərində baş verib.

Qeyd edək ki, daha əvvəl bina prezident iqamətgahı kimi ziyarət üçün qapalı olub. Lakin 2018-ci ilin payızından istənilən şəxs iqamətgahın yaxınlığında yerləşən bağda gəzə bilər.