BAKI, 1 fevral - Sputnik. Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İntizam Komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb.
Sputnik Azərbaycan xəbər verir ki, komissiyanın tərkibinə Ağacan Abıyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Möhbalıyev, Fazil Mustafa ilə yanaşı, yeni üzvlər - Malik Həsənov, Sevinc Hüseynova, Hikmət Məmmədov, Pərvin Kazımzadə, Fəzail İbrahimli də daxil edilib.
Yeni tərkib plenar iclasda təsdiq edilib.
Xatırladaq ki, qanunvericiliyə edilən dəyişikliyə əsasən, İntizam Komissiyasının üzvlərinin sayı 7-dən 11-ə artırılıb.