BAKI, 1 fevral - Sputnik. Bakıda Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısı keçirilib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva toplantıda iştirak ediblər.
İlham Əliyev Gənclər Gününə həsr olunmuş respublika toplantısında iştirak edib
Dövlətimizin başçısı tədbirdə nitq söyləyib.