"Polat Alemdar" arvadından 10 milyon istəyir

Ərizədə uşaqların ataya verilməsi, məhkəmə əks fikirdə olduğu təqdirdə isə ortaq vəlayətin verilməsi tələb edilib.
Sputnik

BAKI, 1 fevral — Sputnik. Aktyor Necati Şaşmaz (Polat Alemdar) 2012-ci ildə evləndiyi Nagehan Şaşmazdan boşanmaq üçün məhkəməyə müraciət edib. Sputnik Türkiyə xəbər verir ki, aktyor həyat yoldaşından 10 milyon lirə tələb edib.

Məlumata görə, Anadolu Ailə Məhkəməsinə müraicət edən aktyorun vəkili təqdim etdiyi boşanma ərizəsində tərəflərin evliliyinin Nagehan Şaşmazın "qüsurlu davranışları" səbəbindən sarsıldığını bildirib.

Ərizədə uşaqların ataya verilməsi, məhkəmə əks fikirdə olduğu təqdirdə isə ortaq baxımın verilməsi tələb edilib.

"Polat Alemdar" arvadından 10 milyon istəyir

Ərizədə həmçinin Almaniya vətəndaşları olduqları üçün uşaqların ölkədən kənara çıxarılmasına da qadağa qoyulması istənilib.

"Qarşı tərəfin müvəkkilimə verdiyi əziyyətin qarşılığında isə 5 milyon lirə mənəvi və 5 milyon lirə maddi təzminat üçün qərar verilməsini istəyirik"-deyə ərizədə bildirilib.