"Pulun yaşılını yox, ağacların yaşılını istəyirik"

Yetmiş min tələbə qlobal aksiyaya başladı
Sputnik

BAKI, 1 fevral — Sputnik. Belçikanın paytaxtı Brüsseldə 70 minədək tələbə qlobal istiləşmənin qarşısının alınması üçün kütləvi aksiyaya başlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, gənclər "pulun yaşılını deyil, təbiətin yaşılını, ağacların yaşılını istəyirik" sloqanı ilə aidiyyəti qurumları dünyanı xilas etməyə səsləyib.

"Kainatımızı xilas edin, gələcəyimizi xilas edin!" şüarlarını səsləndirən gənclər artıq dünya mediasının diqqətini çəkiblər.