CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşaqlara elektron siqaret satılması qadağan edildi

Satış qadağası tətbiq edilən məhsulların konsepsiyası və digər məsələlər aydınlaşıb
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Moskva şəhər dumasının deputatları yetkinlik yaşına çatmayanlara elektron siqaret satılmasını qadağan edən qanun qəbul edib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, qanuna görə yetkinlik yaşına çatmayanları siqaret çəkməyə cəlb edən şəxsləri 5000 rubl (təxminən 130 manat) cərimə də gözləyir.

İsveçdə siqaret satışı tamamilə qadağan ediləcək

Qanun layihəsinin ikinci oxunuşunda deputatların əksəriyyəti tərəfindən qəbul edilmiş 3 dəyişiklik əlavə edilib.

Beləliklə, satış qadağası tətbiq edilən məhsulların konsepsiyası və digər məsələlər aydınlaşıb.

"Bu cihazlardan istifadə edən 10 uşaqdan 8-i gələcəkdə tütün çəkənə çevrilir" – deyən Moskva Şəhər Dumasının Səhiyyə və Xalq Sağlamlığı Komissiyasının sədri Lyudmila Stebenkova, qanunun qəbul edilməsinin əhəmiyyətini bununla əlaqələndirib.

Qanuna görə, vətəndaşlara 1500-3000 rubl (40-75 manat), vəzifəli şəxslərə 2500-5000 (65-130 manat), valideynlər və himayədarlara isə 4000-5000 rubl (100-130 manat) məbləğində cərimələr tətbiq ediləcək.