Putin xəstələnməmək üçün məsləhət verdi

“Az xəstələnmək üçün idmanla daha çox məşğul olmaq lazımdır”
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Rusiya prezidenti Vladimir Putin hökumət üzvləri ilə iclas zamanı insanların xəstələnməməsi üçün məsləhət verib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

"Hesab edirəm ki, az xəstələnmək üçün idmanla daha çox məşğul olmaq lazımdır" - deyə Putin vurğulayıb.

Rusiya lideri Səhiyyə Nazirliyinə müraciət edərək həkimlərin epidemiya dövründə soyuqdəymə xəstəliklərindən qorunmaq üçün məsləhətlərinin KİV vasitəsi ilə yayılmasını istəyib.

"Sizin tərəfinizdən səsləndirilən məsləhətlər dəfələrlə mütəxəssislər və KİV vasitəsilə təkrar edilməlidir. Bundan əlavə, bu işlərin regionlarda da aparılması üçün Səhiyyə Nazirliyinin müvafiq strukturları ilə intensiv iş aparmaq lazımdır" – deyə Putin bildirib.