BAKI, 31 yanvar — Sputnik. Plana əsasən, ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In bu ilin fevral ayında görüşməlidir. Sputnik Azərbaycan "Fox News"-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo açıqlama verib.
Onun sözlərinə görə, Pxenyan və Vaşinqton bu məsələdə son razılığa gəlib: "Hesab edirəm ki, sammit gələn ayın sonunda baş tutacaq. Şimali Koreya tərəfi bununla razılaşıb".
Pampeo ümid edir ki, bu sammit vasitəsi ilə onlar yalnız Koreya yarımadasının nüvəsizləşdirilməsinə deyil, hətta Şimali Koreya sakinlərinin "parlaq gələcəyinə" nail olacaqlar.