CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Bugünkü gənclərimiz daha müstəqil və optimistdirlər"

Yeganə Hacıyeva: "Hazırda Azərbaycan gəncləri on il əvvəldən fərqli olaraq öz inkişaf yollarını müəyyən edə bilirlər"
Sputnik

BAKI, 31 yanvar — Sputnik. On il ərzində Azərbaycan gəncliyi uğurlu inkişaf yolu keçib. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib. 

QHT-lərə Dövlət Dəstəyi Şurası gənclər təşkilatları üçün qrant layihələri elan edəcək

O bildirib ki, hazırda Azərbaycan gəncləri on il əvvəldən fərqli olaraq öz inkişaf yollarını müəyyən edə bilirlər və buna müstəqil qərar verirlər: "Bunun bir çox səbəbləri var. Ölkədə aparılan gənclər siyasətinin bu inkişafa təsirləri olduğu kimi, öz növbəsində liberal şərtlər gənclərin inkişafına şərait yaradır".

"Bugünkü gənclərimiz daha müstəqil və optimistdirlər. Doğrudur, hazırda sosial medianın yüksək inkişaf etdiyi dövrdə gəncləri pessimist əhvala istiqamətləndirən mənbələr də var" - deyə Hacıyeva vurğulayıb.