Ana və 4 övladını yatdıqları yerdə öldürüb quyuya atdılar

Cadugərlik Hindistanda qadağan olunsa da, hər il bu işlə məşğul olduğu iddia edilən qadınların qətli baş verir
Sputnik

BAKI, 31 yanvar — Sputnik. Hindistanda bir qrup kişi cadugərlikdə ittiham etdikləri ananı və onun 4 övladını vəhşicəsinə öldürüb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir qrup şəxs ana və balaları yatmış vəziyyətdə öldürərək quyuya atıblar. Olayla əlaqədar olaraq 6 nəfər saxlanılıb. Onların edam ediləcəyi gözlənilir.

Qeyd edək ki, cadugərlik Hindistanda qadağan olunub. Ölkədə hər il bu işlə məşğul olduğu iddia edilən qadınların qətli baş verir. Ötən il də cadugər qadını öldürməkdə günahlandırılan 9 nəfər törətdikləri cinayətə görə edam edilib.