BAKI, 31 yanvar — Sputnik. Müğənni Kelsi Karter üzünə fanatı olduğu müğənninin - "One Direction" qrupunun solisti Harri Staylzın döyməsini etdirib. Sputnik Azərbaycan-ın xəbərinə görə, müğənni bu haqda "Twitter" hesabında da tvit paylaşıb. O, heyranı olduğu ifaçının doğum günü üçün belə bir addım atdığını bildirib.
"Harri indi də çox yaraşıqlıdır. Onun heyranıyam, bəzən özümü Harrinin qadın versiyası zənn edirəm" – deyə Kelsi bundan öncəki tvitlərində yazmışdı.
Lakin pərəstişkarların fikrincə, döymədəki üz heç də Harri Staylza bənzəmir.