Üç ərazidə su olmayacaq

Suyun verilməsində məhdudiyyətin olması magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) 3 qəsəbədə suyun olmayacağı ilə bağlı əhaliyə xəbərdarlıq edib. Bu barədə Sputnik Azərbaycan-a "Azərsu" ASC-dən məlumat verilib.

Məlumata görə, suyun verilməsində məhdudiyyətin olması magistral su xəttində aparılan yenidənqurma işləri ilə əlaqədardır. Belə ki, bu gün Saray və Ceyranbatan qəsəbələrinə, həmçinin Binəqədi qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.