CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Piyada vurulmalarının qarşısını almaq üçün iki variant təklif olunur

"Piyadalar üçün cərimələrin artırılması fikirləri tez-tez səslənsə də, buna ehtiyac yoxdur"
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Bizim yollarda piayda vurulması halları kifayət qədər ciddi problemdir. Bunun səbəbləri və vəziyyətin yaxşılaşdırılması istiqamətində görülməli olan işlər barədə biz də çox danışmışıq və danışırıq".

Bakının əsas prospektlərindən birində zəncirvari qəza baş verib - VİDEO

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində məlumat verib. O qeyd edib ki, əsas 2 prinsip var: " Hərəkət iştirakçılarının təhlükəsizliklə bağlı bilgiləndirilməsi yolu ilə onların səhv etdiyi halları minimuma endirmək və zəruri intizama nail olmaq; Yol infrastrukturunu elə yaratmaq və hərəkəti elə təşkil etmək lazımdır ki, piyada və sürücünün səhv etməyinə yer qalmasın".

Ekspert, həmçinin qeyd edib ki, piyadalar üçün cərimələrin artırılması fikirləri tez-tez səslənsə də, buna ehtiyac yoxdur: "Çünki bu, ən sonda ola biləcək tədbirdir".

Ə.Hüseynov paylaşımına bir video-görüntü də əlavə edərək yazıb: "Bu videoda bizim dediklərimiz çox gözəl və əyani şəkildə, ayr-ayrı detallar üzrə izah edilir. Diqqətlə baxmaq məsləhətdir".