RUSİYA

Gizli nüvə anlaşmasına dair ilginc iddia

Rəsmi Moskva Şimali Koreyaya nə təklif edib?
Sputnik

BAKI, 30 yanvar — Sputnik. Rusiyanın rəsmi şəxsləri ötən ilin payızında Şimali Koreya rəhbərliyinə nüvə proqramından imtina etməyi təklif ediblər. Sputnik Azərbaycan xəbər verir ki, Bu barədə "Washington Post" nəşri Birləşmiş Ştatlardakı mənbəyə istinadən xəbər verir. 

Şimali Koreya səfiri qaçıb

Məlumata görə, nüvə silahı və ballistik raketlərin demontajı qarşılığında Moskva bu ölkədə atom elektrik stansiyasını tikməyi təklif edib: "Razılaşma çərçivəsində Rusiya tərəfi bütün tullantı məhsullarını Rusiyadakı stansiyaya göndərəcəkdi. Bununla da Şimali Koreyanın elektrik stansiyasını nüvə silahı yaratmaq üçün istifadəsi riski azalırdı, ölkə isə yeni elektrik enerjisi mənbəyi qazanırdı".

Nəşr vurğulayır ki, bu təklif Moskvanın Koreya yarımadasında iqtisadi əsaslarının yaranmasından narahat olan Çin və ABŞ tərəfindən narahatlıqla qarşılanıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov nəşrin məlumatını şərh edərək bildirib ki, Moskva və Pxenyan arasında qarşılıqlı əlaqələr BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğundur.