CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həlak olmuş və itkin düşmüş hərbçilərin vərəsələrinə müraciət edildi

Sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir
Sputnik

BAKI, 30 yanvar — Sputnik. "Azərsığorta" Dövlət Sığorta Kommersiya Şirkəti şəhid ailələrinə müraciət edib. Bu barədə Sputnik Azərbaycan-a qurumdan məlumat verilib.

Məlumatda qeyd edilib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1997-ci il avqustun 2-dək həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların vərəsələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə və 11000 manat məbləği ala bilər.

"Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə müəyyən edilmiş məcburi ödənişlər nəzərə alınmaqla) sığorta ödənişi almamış hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir" – deyə məlumatda bildirilib.