Məşhur "youtuber"i 30 saniyə görmək istəyənlər izdiham yaratdılar

ABŞ-ın məşhur "yutuber"i Ceyms Çarlzı görmək istəyənlər izdiham yaratdılar
Sputnik

BAKI, 30 yanvar — Sputnik. İngiltərənin tanınmış alış-veriş mərkəzlərindən biri olan "Bullring"də amerikalı "youtuber" Ceyms Çarlz ilə izləyiciləri üçün 30 saniyəlik görüş təşkil olunub. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu görüş böyük izdihama səbəb olub. Məlumata görə, 8 mindən artıq azarkeşi onu görmək üçün alış-veriş mərkəzinə axın edib.

Xatırladaq ki, Ceyms Çarlz ilk olaraq "Youtube"da yayımladığı makiyaj videoları ilə məşhurluq qazanmışdı. Bir sıra məşhurların makiyajını edən məşhurun "Youtube"da 12, "İnstagram"da isə 13 milyon izləyicisi var.