HADİSƏ

FETÖ-nun Azərbaycan üzrə məsul şəxsi Türkiyəyə təhvil verilib

Onun barəsində Ankara Polisinin Terrorla Mübarizə Şöbəsi iş aparır.
Sputnik

BAKI, 30 yanvar — Sputnik. FETÖ-nün (Fətullahçı Terror Təşkilatı) Azərbaycandakı qəzet mətbəəsini idarə edən İbrahim E. Azərbaycan tərəfindən Türkiyəyə təhvil verilib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.

Məlumata əsasən, təşkilatın Azərbaycandakı mətbəəsini işlədən və FETÖ-nün bu ölkədəki məsul şəxslərindən biri İbrahim E. ötən günlərdə iki azərbaycanlı polisin müşayiəti ilə hava yolu ilə İstanbula gətirilib.

Daha sonra haqqında araşdırmaların aparıldığı Ankaraya aparılıb və onun barəsində Ankara Polisinin Terrorla Mübarizə Şöbəsi iş aparır.