BAKI, 30 yanvar — Sputnik. "Almaniya hökuməti alman şirkətlərinin Türkiyəyə silah və hərbi texnika satmaqla bağlı müraciətlərini tək-tək və dövlətin təhlükəsizlik maraqlarını nəzərə alaraq araşdırır".
Sputnik Azərbaycan "Haber7"-yə istinadla xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyi açıqlama yayıb. Açıqlamada bildirilir ki, bu məsələdə PKK-nın Suriya qanadı olan YPG terrorçularına qarşı və ya regional münaqişələrdə alman silahlarından istifadə edilməsi riski nəzərə alınır.
Digər tərəfdən, Merkel hökuməti Türkiyəyə YPG terrorçularına qarşı hərbi əməliyyat keçirməmək barədə xəbərdarlıq etdiklərini bəyan edib.
Qeyd edək ki, Almaniya bir müddət əvvəl Türkiyəyə Suriyada əməliyyat aparmamaq çağırışı etmişdi.