CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qan təzyiqinə qarşı dadlı dərman tapılıb

Yoqurt bədəndən zərərli duzları çıxarır, bu da qan təzyiqinin aşağı düşməsinə səbəb olur
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Alimlər yüksək qan təzyiqinə qarşı dadlı dərman tapıblar.

Təzyiqin gözlənilməz səbəbi müəyyən edildi

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər yoqurtun qan təzyiqini aşağı saldığını müəyyənləşdiriblər. Məhz buna görə də, onlar həftədə 5 dəfə süd məhsulları yemək lazım olduğunu bildirlər.

Yoqurt bədəndən zərərli duzları çıxarır, bu da qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Eyni zamanda, yoqurt orqanizm üçün də xeyirlidir.

Amma bütün yoqurtlar birmənalı şəkildə xeyirli deyil. Mütəxəssislər az yağlı olan yoqurtları yeməyi məsləhət görürlər. Bu yoqurtlar nəinki təzyiqi aşağı salır, həm də piylərin əriməsinə kömək edir.

Kefir də bu mənada xeyirli sayılır.  Bu içki qan təzyiqini normallaşdırır, bədəndə olan xolesterini normada saxlayır, immuniteti isə gücləndirir.