MƏDƏNİYYƏT

Məşhur müğənni haqqında dolaşan şayiələrə sərt cavab verdi - FOTO

Sərdar Ortac: “Mən əzilmiş biri deyiləm, sadəcə həyat yoldaşıma hörmət edirəm”
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Türkiyənin tanınmış pop müğənnisi Sərdar Ortac onun həyat yoldaşı barədə danışanlara sərt cavab verib.

Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sərdar Ortac və həyat yoldaşı haqqında dedi-qodu bitmək bilmir. Müğənni bununla bağlı mətbuat qarşısına çıxaraq məsələyə son qoyub: “Həyat yoldaşımın məni sevmədiyini və pula görə mənimlə evləndiyi haqqında məlumat yayılıb. Bu da mənə pis təsir edir. Həyat yoldaşımın məni sevdiyini hiss edirəm! Yoxsa bir qadın niyə dağınıq skleroz xəstəsini 7 il gözləsin? Mən atam kimi Osmanlı kişisi ola bilmədim. Ona görə də arxamca bu qədər dedi-qodu gəzir”.

Məşhur müğənni haqqında dolaşan şayiələrə sərt cavab verdi - FOTO

Sərdar Ortaq onu izləyənlərə belə cavab verib: “Mən əzilmiş biri deyiləm, sadəcə həyat yoldaşıma hörmət edirəm. Evdə ikimizin də sözü keçir”.