CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İlham Əliyev icra başçısı barədə sərəncam imzaladı

Lütvəli Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lütvəli Babayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Lütvəli Babəli oğlu Babayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, L.Babayev Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun sabah 60 yaşı tamam olur.