BAKI, 29 yanvar — Sputnik. “Ermənistan baş naziri Nikol Paşinyan ölkənin birinci prezidenti Levon Ter-Petrosyanın soyğunçuluq siyasətini davam etdirəcək”. Sputnik Azərbaycan "News.am"-a istinadən xəbər verir ki, bunu "Talin" bölüyünün komandiri, Qarabağ müharibəsinin iştirakçısı Sarkis Karapetyan iddia edib.
Onun sözlərinə görə, hər il Ermənistandan da təxminən 40 milyard dram dəyərində var-dövlət çıxardılır, lakin heç kim bu mövzunu qaldırmır: "Levon Ter-Petrosyanın adamı olan Nikol bu siyasəti davam etdirəcək. Nədənsə heç kim Ermənistanın birinci prezidentinin törətdiyi cinayətləri xatırlamır və hamı diqqətini 1 mart hadisələrinə cəmləyib".
Karapetyan əlavə edib ki, atəşkəsin imzalandığı zamandan sonra dinc dövr adlandırılan vaxtda 3 mindən çox hərbçi həlak olub: "Bizim hərbçilərimizin ölümünə görə məsuliyyəti Petrosyan daşıyır".
O, həmçinin vurğulayıb ki, Nikol Paşinyan jurnalist olduğu vaxtlarda 25 min dram qarşılığında yalan məqalələr yazıb və özünü xalqın nümayəndəsi kimi göstərə bilməz.