BAKI, 29 yanvar — Sputnik. Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan fevralda Münhendə keçiriləcək təhlükəsizlik üzrə beynəlxalq konfransda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcəyini istisna etmir. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir.
"Heç nəyi istisna etmək olmaz. Ənənəvi olaraq əgər görüş barədə razılaşma olarsa, biz əvvəlcədən bu barədə ictimaiyyəti məlumatlandırırıq. Bizim irəliyə doğru hərəkət etdiyimiz aydındır, görüşün vaxtına və digər məsələlərə gəldikdə, biz çalışırıq, onları razılaşdıraq və cəmiyyətə bu barədə məlumat verək", - deyə Mnatsakanyan "Təhlükəsizlik üzrə Münhen Konfransında Qarabağ problemi ilə bağlı görüş keçirilə bilərmi?" sualını cavablandırarkən bildirib.
Ermənistan XİN rəhbəri qeyd edib ki, o, Münhendə keçirilən konfransda iştirak etməyi planlaşdırır.