HADİSƏ

"Ləvəngi dairəsi"ndə qətl: Qurbanını xəstəxanaya çatdırdıqdan sonra polisə təslim olub

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Bu gün səhər saatlarında Lənkəran şəhərində qətl hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata əsasən, saat 10:00 radələrində 20-25 yaşlarında olan bir gənc bıçaqlanma diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına daxil olub. Həkim müayinəsi zamanı onun artıq keçindiyi müəyyən olunub.

"Ləvəngi dairəsi"ndə qətl: Qurbanını xəstəxanaya çatdırdıqdan sonra polisə təslim olub

Əldə edilən məlumata əsasən, qətlə yetirilən şəxs 1997-ci il təvəllüdlü Lənkəran rayonu Aşağı Nüvədi kənd sakini Şadiman Balayevdir. O, Lənkəran şəhəri "Ləvəngi dairəsi" adlanan ərazidə bıçaqlanaraq qətlə yetirilib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs (hələlik adı açıqlanmır) Ş.Balayevi Lənkəran Mərkəzi Rayon Xəstəxanasına gətirib təhvil verdikdən sonra könüllü şəkildə Lənkəran Şəhər Rayon Polis İdarəsinə təslim olub.

Meyit müayinə olunmaqdan ötrü Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə göndərilib. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.

"Ləvəngi dairəsi"ndə qətl: Qurbanını xəstəxanaya çatdırdıqdan sonra polisə təslim olub