BAKI, 29 yanvar — Sputnik. İngiltərənin baş naziri Tereza Mey Avropa Birliyi ilə danışıqlar aparmaq istəyir.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, baş nazir "Brexit"lə bağlı olaraq Avropa Birliyi ilə danışıqlar aparmaq istəyir. "Brexit" sazişini parlamentdən keçirmək üçün Mey AB ilə yenidən bir masaya əyləşərək müzakirələr aparmaq niyyətindədir.