ABŞ 20 illik düşməni ilə razılığa gəldi

Bu sənəd ilkin razılaşma olmasına baxmayaraq, 20 ilə yaxın müddətdir davam edən münaqişənin nizamlanası prosesində ilk belə irəliləyişdir
Sputnik

BAKI, 29 yanvar — Sputnik. Birləşmiş Ştatların nümayəndə heyəti "Taliban" hərəkatının nümayəndələri ilə sülh sazişinin prinsiplərinə dair razılığa gəlib. Sputnik Azərbaycan xəbər verir ki, bunu "The New York Times" nəşrinə Birləşmiş Ştatların Əfqanıstandakı səfiri Zalmay Xəlilzad bildirib.

"Bizim çərçivə sazişinin qaralaması var. Onu qəbul edənə qədər konkretləşdirmək lazımdır. Taliblər söz veriblər ki, Əfqanıstanın beynəlxalq terrorçular və terror qruplaşmalarının tribunasına çevrilməməsi üçün bütün mümkün olan hər şeyi edəcəklər" - deyə səfir vurğulayıb.

Qəzet vurğulayıb ki, bu sənəd ilkin razılaşma olmasına baxmayaraq, 20 ilə yaxın müddətdir davam edən münaqişənin nizamlanası prosesində ilk belə irəliləyişdir.