BAKI, 28 yanvar — Sputnik. İstanbulun Tuzla ərazisində gəmidə yanğın baş verib. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu haqda İstanbul Valiliyi məlumat yayıb.
Yayılan yazılı məlumata görə, baş verən hadisədə 8 nəfər yaralanıb.
"Tuzlada saxlanılan Honq-Konq bayraqlı gəmidə baş verən yanğında 8 yaralı var. Yanğın nəzarətdə saxlanılır, yaralılar isə ətraf xəstəxanalara yerləşdirilir" – deyə məlumatda qeyd olunub.
Hadisə zamanı ölənlərin olub-olmaması ilə bağlı, hələ ki, bir məlumat verilmir.