İran, Azərbaycan və Türkiyə birgə seriallar çəkəcək. Bunu Trend-ə müsahibəsində İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.
Kinorejissor Elxan Cəfərov Sputnik Azərbaycan-a deyir ki, mütləq şəkildə belə bir əməkdaşlığın faydası olacaq:
“Bu düşüncələrin barışması, təxəyyüllərin uyğunlaşmasıdır. O cümlədən belə əməkdaşlıqlar tamaşaçı auditoriyanın genişlənməsinə imkan yaradır. Bir çox məqamlara görə belə əməkdaşlıqların faydalı olacağını düşünmək olar”.
Elxan Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz