CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bütün ailənin “çörək təknəsinə” çevrilən dulusçuluq

Sputnik Azərbaycan-ın bölgə müxbiri Şəkidə “Duluslar” məhəlləsinə baş çəkib və hətta özü də saxsı qab hazırlamağa cəhd edib. Daha ətraflı videomuzda izləyin.
Sputnik

Müxbirimizin həmsöhbəti "Şöyüb oğulları" kimi də tanınan, zamanında məşhur dulusçu olan Şöyüb Məmmədovun oğlu Əhəd Məmmədovdur.

Məmmədov deyib ki, Şəki həmişə öz dulusçuları ilə tanınıb. İndi isə sənətkar bu peşəni övladlarına sevdirir. Uşaqlıqdan emalatxanada böyüyən qəhrəmanımız bu peşəni qardaşı və övladlarına öyrədir, sənətin itib-batmasının qarşısını almağa çalışır. Belə ki, olduqca böyük zəhmət tələb edən bu sənətlə məşğul olanlar indi barmaqla sayılacaq qədər azdır.

Usta həm də bazarda saxta dulusçuluq məhsullarına rast gəlindiyindən danışıb və onların arasında əsl Şəki məhsulunu necə ayırd etməli olduğumuzu göstərib.