CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kişi geyimində bərbərlik edən 2 bacı mükafatlandırıldı

Hindistanda ataları xəstələndiyi üçün 2 bacı kişi geyimində bərbərlik edərək ailələrini dolandırıblar
Sputnik

BAKI, 27 yanvar — Sputnik. Hindistanın bir əyalətində 2 bacı - Qyoti Xumari və Neha ataları xəstələndiyi üçün maddi sıxıntı yaranmasın deyə, kişi geyimində bərbərlik edərək pul qazanıblar.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bacılar 4 il boyunca bu cür pul qazanıb ailələrinə dəstək olublar. 16-18 yaşlı bərbərlərin qız olduqları öyrənildikdə isə hökumət onları mükafatlandırıb.

Onlar bərbərlik edib pul qazanmaq üçün adlarını dəyişib, saçlarını kəsdiriblər.