HADİSƏ

Avtobusun vurduğu piyada xəstəxanada öldü

Maştağada avtobusun vurduğu piyada xəstəxanada ölüb
Sputnik

BAKI, 26 yanvar — Sputnik. Yanvarın 20-si saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Məhərrəm Mailovidarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Ravil Əliyevi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş R.Əliyev yanvarın 25-də orada ölüb.

Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.