Türkiyə və Rusiyanın Suriyanın İdlib şəhəri üzrə əməkdaşlığı davam etdiriləcək. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya-Türkiyə danışıqlarının yekunları üzrə mətbuat konfransında bildirib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, prezidentlərin görüşünün əsas müzakirə predmetinin Suriya olması gözlənilən idi: “Bu görüşdə prezidentlər önəmli məsələlərə toxundular. İki lider arasında yaranmış dostluq münasibətləri imkan verir ki, Suriya məsələsi ilə bağlı müzakirələr aparıb, problemlərin həlli yollarının müzakirə etsinlər. Bunlardan başqa Türkiyə və Rusiyanı digər ciddi mövzular da birləşdirir. Hesab edirəm ki, prezidentlərin görüşü tərəflər üçün uğurlu keçdi”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz