QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Paşinyan Əliyevlə görüşdən əvvəl kiminlə telefonla danışıb?

Baş nazir ölkənin birinci prezidenti ilə məsləhətləşib
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Ermənistanın baş naziri Nikol Paşinyan Davosda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən əvvəl ölkənin birinci prezidenti olmuş Levon Ter-Petrosyanla görüşüb. Bu barədə Sputnik Ermənistan "Past" nəşrinə istinadən xəbər verir.

Paşinyan və Əliyev iyunda sülh müqaviləsi imzalayacaq- İDDİA

Nəşr yazır ki, hər iki ölkənin lideri Davosda təsadüfən görüşməyib. Onların görüşü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya) Stefan Viskonti (Fransa), Endrü Sxoferin (ABŞ) vasitəçiliyi ilə Fransanın paytaxtı Paris şəhərində baş tutan görüş zamanı müzakirə olunub və planlaşdırılıb.

Məqalədə qeyd olunur ki, Paşinyan Əliyevlə görüşdən öncə məsləhətləşmək üçün Ermənistanın birinci prezidenti ilə telefonla danışıb.

Diqqətə çatdıraq ki, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda qeyri-rəsmi görüş keçirib.