HADİSƏ

Metroda qızıl üzük tapılıb, sahibi axtarılır

Əgər bir həftə ərzində sahibi tapılmazsa, üzük Bakı Şəhər Baş Polis İdarəsinin itən əşyalarla bağlı bürösonu təqdim ediləcək
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Yanvarın 24-də axşam evə gedərkən metronun "20 Yanvar" stansiyasının perronunda nişan üzüyü tapan Avropa.info xəbər portalının baş redaktoru Rəsul Mirhəşimli onu polisə təhvil verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə R.Mirhəşimli özü məlumat yayıb.

Metroda qızıl üzük tapılıb, sahibi axtarılır

Məlumatda deyilir:

"Üzük tapılan vaxt, təxminən saat 20:43 olardı. Tapdığım üzüyü metro stansiyasındakı polis əməkdaşlarına təhvil verdim. Polis işçiləri akt tərtib edib, üzüyü təhvil aldılar. Bildirdilər ki, üzüyü itirən şəxs əgər onu bu stansiya ərazisində itirdiyini ehtimal edərsə, bir həftə müddətində onlara müraciət edə bilər.

Kamera görüntülərinə baxış keçirərək, üzüyün həmin şəxsdən düşüb-düşmədiyi müəyyən ediləcək və sahibinə qaytarılacaq. Əgər bir həftə ərzində sahibi tapılmazsa, üzük Bakı Şəhər Baş Polis İdarəsinin itən əşyalarla bağlı bürösonu təqdim ediləcək.

Üzük stansiyanın perronunda "Dərnəgül" istiqamətinə gedən qatarların birinci və ikinci vaqonlarına yaxın ərazidə tapılıb. Üzüyü taparkən iki həmkarım da mənimlə bir yerdə idi.

Dua edək ki, Allahın izni ilə üzüyün sahibi tezliklə tapılsın. Nişan üzüyünün itirilməsi üzüntüsündən onu itirən şəxs tezliklə qurtarsın, inşəAllah!"