Özlərinə 5 illik yeni kral seçdilər

Keçmiş kral 2018-ci ilin noyabrında "Miss Moskva – 2015" müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənib
Sputnik

BAKI, 25 yanvar — Sputnik. Malayziyanın yeni kralı Paxanq ştatının 59 yaşlı sultanı Tenqku Abdulla seçilib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

Səudiyyə Ərəbistanının koalisiyası dağılır – Malayziya əsgərlərini geri çağırdı

Tenqku Abdulla Böyük Britaniyada Kral Hərbi Akademiyasında təhsil alıb. O, idmanla məşğul olur, polo oynayır. Bundan əlavə, o Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının üzvüdür. O, həmçinin hazırda otüstü hokkey üzrə Asiya Federasiyasının da rəhbəridir.

Qanunvericiliyə əsasən kral ikinci dəfə seçilməmək şərti ilə beş il müddətinə seçilir. Namizəd siyahı əsasında müəyyənləşir. Kral qanunların qəbulu və nazirlərin təyinatında iştirak edir, lakin parlamentin və hökumətin fikrini dinləməlidir.

Xatırladaq ki, bundan əvvəlki Malayziya kralı V Məhəmməd bu ilin yanvarın əvvəlində taxtdan imtina edib. O, 2018-ci ilin noyabrında "Miss Moskva – 2015" müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənib. Bu krallıq tarixində baş verən ilk haldır. O, bu hərəkətinin motivlərini açıqlamayıb. V Məhəmməd 2016-cı ildə seçkilərdə qalib gəlib və yalnız 2021-ci ildə postunu tərk etməli idi.