HADİSƏ

Lənkəran polisindən uğurlu əməliyyat

Baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar edilib
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 25 yanvar — Sputnik. Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşları uğurlu əməliyyat-axtarış tədbirləri keçiriblər. Nəticədə külli miqdarda narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyəsən çıxarılıb.

Lənkəran Dövlət Dram Teatrı yeni mövsümə Biləsuvarda start verib

DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan Sputnik Azərbaycan-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Digah kənd sakini Fərid Əskərov saxlanılıb. F.Əskərovun üzərinə keçirilən baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq F. Əskərovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 166 qram narkotik vasitə olan marixuana, 681 qram narkotik vasitə heroin, 1,7 qram tiryək, 2 qram psixotrop maddə hesab edilən metamfetamin və metadon aşkar edilərək götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.