Külli midarda narkotik vasitə aşkarlandı

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb
Sputnik

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 25 yanvar - Sputnik. Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin DİN Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan əldə etdiyi məlumata görə, Cəlilabad RPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də məhkum olunmuş Cəlilabad şəhər sakini Etibar Verdiyev saxlanılıb.

E.Verdiyev saxlanılarkən onun üzərinə keçirilən baxış zamanı əlindəki polietilen torbada 3 ədəd bükümdə ümumi çəkisi 3 kiloqram 360 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.