CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Yol terroru" 5 ildə 5 minə yaxın insanımızı həlak edib

Təkcə 2013-2017 ci illərdə Azərbaycan yollarında 11 min 600 yol qəzası baş verib
Sputnik

BAKI, 24 yanvar — Sputnik. "Yollarda təhlükəsizlik tədbirlərinin artırılmasına və yol infrastrukturunun təkmilləşdirilməsinə baxmayaraq qəzaların sayı azalmır". 

Şimal bölgəsindəki dəhşətli yol qəzasında 4 nəfər öldü

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib. O xatırladıb ki, 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən yollarda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi haqqında sərəncam imzalanmışdı.

"Sərəncamdan irəli gələn məsələlər yerinə yetirilsə də, yollarda qəzaların sayı azalmadı. Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilir ki, il ərzində yol nəqliyyat hadisələri zamanı 1 milyon 250 min insan həyatını itirir" - Allahverənov bildirib.

"Qeyd edim ki, təkcə 2013-2017 ci illərdə Azərbaycan yollarında 11 min 600 yol qəzası baş verib. Baş verən qəzalarda 4691 insan həyatını itirib, 11 min 611 şəxs isə yaralanıb. Bunlar kifayət qədər böyük rəqəmlərdir. Buna görə də 2018-ci ilin sonunda "Yol hərəkətində təhlükəsizliyə dair" Dövlət Proqramı qəbul edilib" - deyə o əlavə edib.