"Tufan" Xəzərə endirilib

Sərhəd gözətçi gəmisi yanvar ayının 23-də xidməti-döyüş fəaliyyətinə baş­layıb
Sputnik

BAKI, 24 yanvar — Sputnik. 2019-cu il yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüv­vələrin Ali Baş Komandanı İlham Əliyevin baxış keçirdiyi Dövlət Sər­həd Xidmətinin (DSX) Sahil Mühafizəsinin "Gəmi İnşası və Təmiri Mərkəzi"ndə inşa edilmiş S-206 nömrəli "Tufan" tipli sərhəd gözətçi gəmisi yanvar ayının 23-də Xəzər dənizinə endirilib və xidməti-döyüş fəaliyyətinə baş­layıb.

Bu barədə Sputnik Azərbaycan-a DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, Xəzər dənizində sərhəd təhlükəsizliyinin təmin edilməsi, neft-qaz ha­silatı və daşın­ması infrastrukturunun etibarlı mühafizəsinin təşkili üzrə vacib vəzifələri yerinə yetirən Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­sinin xid­məti-döyüş imkanlarının gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

"Heydər Əliyev dövlətçiliyinə hər zaman sadiq olan, Azərbaycan Res­pub­­likasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında hər bir döyüş tapşırığını qürur və şərəflə yerinə yetirməyə hazır olan Azər­bay­can sərhədçiləri tərəfindən yeni sərhəd-gözətçi gəmisinin xidməti-döyüş fəaliyyətinə başlaması­ böyük ruh yüksəkliyi ilə qarşılanıb" - deyə DSX-nin məlumatında qeyd olunub.