Tolstoy və Qandi silah satışının dayandırılması üçün məktublaşıblar

Tolstoy və Qandinin yazışmaları üzə çıxdı
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Rusiyanın tanınmış yazıçısı Lev Tolstoy ilə Hindistanın ruhani lideri Mahatma Qandinin məktublaşmaları üzə çıxıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 20-ci əsrin əvvəlində Tolstoy ilə Qandi öz yazışmalarında bir sıra problemləri müzakirə ediblər. Onlar dünyada şiddətə qarşı mübarizə aparılması, silah satışının dayandırılması haqda dəfələrlə yazışıblar.

Qeyd edək ki, bu məktublaşma bir kitab halında yaxın aylarda Türkiyədə çap olunacaq. Kitabın adı isə "Tolstoy-Qandi məktublaşmaları" olacaq.