CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt-Bakı qatarı ləğv olundu

27 yanvar 2019-cu il tarixdə elektrik qatarlarının hərəkəti birgünlük ləğv edilir
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Bakı-Sumqayıt- Bakı qatarının hərəkəti bir günlük ləğv edilir.

Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, Sumqayıt sərnişin stansiyasında aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq, 27 yanvar 2019-cu il tarixdə birgünlük Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkəti ləğv edilir.