Rusiya səfirliyi yaxınlığında partlayış olub

Partlayışa səbəb maşınlardan birinə yerləşdirilən əldəqayırma partlayıcı qurğu olub
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Suriya paytaxtı Dəməşqdə Rusiya səfirliyinin yaxınlığında terror aktı olub. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Suriyanın "Sana" agentliyi məlumat yayıb.

"Terror haqqında məlumat var. Partlayıcı qurğu Dəməşqdə Adavi rayonunda işə salınıb" - deyə agentlik bildirib.

Partlayışa səbəb maşınlardan birinə yerləşdirilən əldəqayırma partlayıcı qurğu olub. Partlayış nəticəsində heç kim xəsarət almayıb. Maddi zərər dəyib. Hadisənin digər təfərrüatları açıqlanmır.