CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Pensiya və sosial yardımlarla bağlı dəyişiliklər edilir

Əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək
Sputnik

BAKI, 24 yanvar - Sputnik. "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik edilir. Sputnik Azərbaycan-ın məlumatına görə, dəyişikliyə əsasən, həmin qanuna aşağıdakı məzmunda 30.1-1-ci və 31.1-1-ci maddələr əlavə olunur.

Sosial müavinətlərin təminatı zamanı məmurlardan asılılıq bitir

Əlavəyə görə, əmək pensiyalarının təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

Digər əlavəyə görə, bu qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

"Ünvanlı dövlət sosial yardımı haqqında" qanuna da eyni məzmunda dəyişiklik edilir. Həmin qanuna 6.3-cü maddə əlavə olunur.

Əlavəyə görə, sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək.

"Sosial sığorta haqqında", "Sosial müavinətlər haqqında" qanunlara da eyni məzmunda dəyişikliklər edilir.