BAKI, 24 yanvar — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Venesuelada davam edən etirazlar fonunda bu ölkədən olan həmkarı Nikolas Maduronu dəstəkləyib.
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın "Twitter"də məlumat yayıb.
Kalın #WeAreMADURO həştəqi ilə paylaşım edib: "Prezidentimiz Venesuela dövlət başçısı Nikolas Maduroya zəng edərək Türkiyənin dəstəyini ifadə edib - Maduro qardaşım! Dik dur, yanındayıq".
Xatırladaq ki, Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaido özünü müvəqqəti prezident elan edib. Birləşmiş Ştatlar qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.