FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Əfsanələrin canlandığı yer: Prometey mağarası

Sputnik

Qədim yunan əfsanəsinə görə, Olimpdən od oğurlayan və onu insanlara bəxş edən Prometey cəza olaraq Qafqaz dağlarındakı mağaranın yaxınlığında qayalara zəncirlənir. Gürcülərdə də buna oxşar əfsanə var. O əfsanənin qəhrəmanı Amirani allaha qulaq asmadığına görə Qafqaz dağ silsiləsindəki mağaradakı bir qayaya zəncirlənib.

Gürcüstanın İmereti rayonunda yerləşən mağara Kutaisi şəhəri yaxınlığındadır. Bu mağara sözügedən əfsanədəki təsvirlərə uyğun gəlir və ona görə də Prometey adlandırılıb. Lakin mağara bu adı yeni alıb, turistlərin ziyarəti üçün təchiz ediləndən sonra. Buna qədər isə mağara tədqiqatçıları arasında Kumistavi adı ilə məşhur olub.

Prometey mağarası dünyanın ən uzun mağaralarından biridir. Bu mağaralar şəbəkəsinin və otaqların uzunluğu 11 kilometrdir. Ziyarətçilər üçünsə sadəcə onun 1500 metri açıqdır. Mağara bütün marşrutlar üzrə rahat hərəkət etmək üçün yollar, pilləkənlər və meydançalarla təchiz edilib. Mağaranın döşəməsi gil materialla örtülüb.

Mağaradakı otaqlara daxil olmaq üçün gah yuxarı qalxmaq, gah da aşağı enmək lazım gəlir. Adamı heyrətləndirən digər cəhət isə burada temperaturun daim sabit - 14-15 dərəcə Selsi olmasıdır. Buna görə də qışda bura soyuq olmur, yayda isə təravətləndirici sərinliyi olur. Mağaranın zalları yaraşıqlı rəngli fənərlərlə işıqlandırılıb. Bu işıqların köməyi ilə divarların üzərinə xəyali siluetlər həkk olunur. Onlara müxtəlif bucaqlardan baxdıqda heyvan, insan və mifik fiqurların siluetləri canlanır. Bir sözlə, bura insanın xəyal gücünü qidalandırır. Yuxarıdan damcılayan suyun səsləri və yeraltı çayın uzaqdan gələn şırıltısı mağaranı daha çox sirli edir.

Mağaradan uzun süni tunel vasitəsilə çıxa, burada çoxlu selfi çəkdirə və yeraltı çayın üzərində qayıqla üzə bilərsiz.

Bu yeri ziyarət edərkən aldığımız təəssüratı qısaca belə ifadə edə bilərik: mağara maraqlı, böyük və gözəldir. Gürcüstanda olarkən ora mütləq getmək lazımdır. Üstəlik ora getmək elə də çətin deyil.

Sputnik Azərbaycan-ın əməkdaşı bu yeraltı xəzinəni ziyarət edib və oradan möhtəşəm görüntülər çəkib.

1 / 21
Gürcüstanda Prometey mağarası
2 / 21
Gürcüstanda Prometey mağarası
3 / 21
Gürcüstanda Prometey mağarası
4 / 21
Gürcüstanda Prometey mağarası
5 / 21
Gürcüstanda Prometey mağarası
6 / 21
Gürcüstanda Prometey mağarası
7 / 21
Gürcüstanda Prometey mağarası
8 / 21
Gürcüstanda Prometey mağarası
9 / 21
Gürcüstanda Prometey mağarası
10 / 21
Gürcüstanda Prometey mağarası
11 / 21
Gürcüstanda Prometey mağarası
12 / 21
Gürcüstanda Prometey mağarası
13 / 21
Gürcüstanda Prometey mağarası
14 / 21
Gürcüstanda Prometey mağarası
15 / 21
Gürcüstanda Prometey mağarası
16 / 21
Gürcüstanda Prometey mağarası
17 / 21
Gürcüstanda Prometey mağarası
18 / 21
Gürcüstanda Prometey mağarası
19 / 21
Gürcüstanda Prometey mağarası
20 / 21
Gürcüstanda Prometey mağarası
21 / 21
Gürcüstanda Prometey mağarası