CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan və İsveçrənin yüzillik ənənələrinə həsr edilən sərgi

Yanvarın 23-də Müasir İncəsənət Muzeyində isveçrəli və azərbaycanlı iki fotoqrafın birgə fotosərgisi açılıb. Sərginin açılışından ən məraqlı məqamları Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

Sedrik Kristofer Merklinin sərgisi “Yustistalda pendir bölüşdürülməsi” adlanır. Gənc isveçrəli fotoqraf öz işləri ilə İsveçrə Alpında fermerlərin pendir bölüşdürmə mərasimini nümayiş etdirib. “Xestaylet” adlanan bu 300 illik ənənə hər payız bayram kimi qeyd olunur.

Qeyd edək ki, bu, Sedrikin Azərbaycanda artıq ikinci sərgisidir. Birinci sərgisi ötən il Gəncə şəhərində keçirilib.

Elmar Mustafazadə isə öz layihəsi üzərində iki il çalışıb. Bütün Azərbaycanı qarış-qarış gəzən fotoqraf Azərbaycanın qədim və ənənəvi sənətlərini yaşadan ustaları kəşf etməyi bacarıb. Elmarın məqsədi bu ustaları daha böyük auditoriyalara tanıtmaqdır.

Qeyd edək ki, sərgi fevralın 5-nə qədər davam edəcək.