CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili: "Azərbaycan intibah dövrünü yaşayır"

Komitə sədri: "Bizə edilən müraciətlərin çoxu ünvanlı sosial yardımı ilə bağlıdır"
Sputnik

BAKI, 24 yanvar - Sputnik. "Azərbaycan islahatlar aparan və sosial məsələrlə ciddi məşğul olan ölkələrdəndir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadi Rəcəbli deyib. O bildirib ki, edilən müraciətlərin çoxu ünvanlı sosial yardımı ilə bağlıdır.

"Həmin insanların bir hissəsinin müraciətləri aidiyyəti orqanlar tərəfindən müsbət cavablandırılıb. Əhalinin sosial müdafiəsində başlıca yeri məşğulluq tutur. Çalışmalıyıq ki, məşğulluq bir az da geniş vüsət alsın" - H.Rəcəbli vurğulayıb.

"Azərbaycan intibah dövrünü yaşayır. Uğurlarımız olduqca çoxdur və bütün sahələrdə inkişaf var" - deyə komitə sədri əlavə edib.