İQTİSADİYYAT

Soğan Türkiyə və Azərbaycan arasında müzakirə predmeti oldu

Risk təhlilindən sonra uyğun şərtlər daxilində, Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib
Sputnik

BAKI, 24 yanvar — Sputnik. Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə soğan məhsulunun “Zərərli Risk analizi“nin aparılması istiqamətində məlumat daxil olub.

"Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 10 milyard dollara çatdırıla bilər"

Sputnik Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məlumat daxil olduqdan dərhal sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. Risk təhlilindən sonra uyğun şərtlər daxilində, Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib. Belə ki, ölkəmizdən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu, gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.

Bununla əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırır ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbləri nəzərə alsınlar. İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.