Türkiyə orbitə peyk buraxacaq

Peykin 2021-ci ilin ikinci yarısında fəzaya buraxılması planlaşdırılır
Sputnik

BAKI, 23 yanvar — Sputnik. Türkiyədə "Qılınc" adlı peykin hazırlanması ilə bağlı layihə həyata keçirilməyə başlayıb.

Sputnik Azərbaycan "NTV"yə istinadla xəbər verir ki, hazırlanacaq peykin 2021-ci ilin ikinci yarısında fəzaya buraxılması planlaşdırılır.

Bu peyk hərəkətdə olan gəmilər haqqında məlumatların, onların marşrutlarının əldə edilməsini təmin edəcək. Peyk məlumatları toplayaraq yerə göndərəcək. Bu məqsədlə aşağıorbitli peyk inkişaf etdiriləcək.